COĞRAFİ ELEMENT

bir areal tipində növlərin məcmusu. Geobotaniki rayonlaşdırmada, həmçinin fitosenozların təsnifatında C.e.-dən geniş istifadə olunur.
COĞRAFİ EKOLOGİYA
COĞRAFİ ENLİK
OBASTAN VİKİ
Coğrafi element
Element
Element – mürəkkəb obyektin, hadisənin, prosesin analiz olunarkən sonrakı hissələrə ayrılmayan kompanentidir. Element – 1)kimyada adi kimyəvi üsullarla öz tərkib hissələrinə ayrıla bilməyən, digər mürəkkəb maddələrin isə tərkib hissəsi olan bəsit maddə, nüvənin eyni yükünə malik atomların toplusu (sadə, artıq parçalanmayan maddə); 2)fizikada kimyəvi enerji hesabına yaradılan zəif elektrik qüvvəsi mənbəyi olan cihaz; 3)tamın, bütövün tərkib hissəsi; 4)kiçik enerji mənbəyi; 5)hər hansı bir şeyin tərkib hissəsi; 6)sosial qrup üzvü; 7)bütövdə hər hansı bir şeyin payı; 8)danışıqda adam, şəxs, ünsür. Elementin formaları Element (fəlsəfə) Çoxluq elementi Elementar funksiyalar Kimyəvi element Qalvanik element Elektron element == Həmçinin bax == Element-indikatorlar Element 122 Element 123 Element 124 Element 125 Elementlərin geokimyəvi təsnifatı == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Basic Element
Basic Element - İsveçin tanınmış rep hip hop qrupu. Qrup üzvləri Piter Telenius, Zetma Prenbo və Cesar Zaminidən ibarətdir. Qrupun ilk sinqli “The Promise Man” adı altında hazırlanıb və elə qrup üzvlərinin həmin sinqldan sonra fəaliyyətə başlayıblar. Qrupun “Touch you right now” sinqli Azərbaycanda da çox tanınmış bir sinqldır.
Element 122
Element 122 və ya Unbibium — 122 atom nömrəli element. Latınca adı bir-iki-iki-ium mənasını verir. Ubb və ya 122 kimi işarə olunur.
Element 123
Element 123 və ya Unbitrium — 123 atom nömrəli element. Latınca adı bir-iki-üç-ium mənasını verir. Ubt və ya 123 kimi işarələnir.
Element 124
Unbikadium (Ubk), atom nömrəsi 121 olan hipotetik bir kimyəvi elementdir. Dövri cədvəlin 8-ci dövründə yer alması və 3-cü qrup elementi olması gözlənilən unbikadium, superaktinid elementlər kateqoriyasında qiymətləndirilir. Hələ kəşf olunmamış olmasına baxmayaraq, elm adamları tərəfindən sıx araşdırılan bu element, gələcəkdə super ağır elementlərin sintezi və anlaşılması baxımından böyük əhəmiyyət daşıyır. == Adlandırma == Unbikadium, henüz keşfedilmediği için geçici bir isimle anılmaktadır. Bu isim, Uluslararası Temel ve Uygulamalı Kimya Birliği (IUPAC) tarafından belirlenen sistematik adlandırma kurallarına göre verilmiştir. Elementin kəşfi rəsmi olaraq təsdiqləndikdən sonra, IUPAC tərəfindən daimi bir ad təyin ediləcəkdir. == Proqnozlaşdırılan Xüsusiyyətləri == Unbikadiumun fiziki və kimyəvi xüsusiyyətləri hələ eksperimental olaraq təsdiqlənməmiş olsa da, elm adamları nəzəri hesablamalar və dövri cədvəldəki mövqeyi əsas götürərək bəzi proqnozlarda bulunmuşlar. == Fiziki Xüsusiyyətlər == Atom Kütləsi: 299 atom kütləsi vahidi Görünüş: Gümüşü ağ və ya boz rəngdə metalik bir qatı olması gözlənilir. Sıxlıq: Təxminən 13.67 q/sm³ Ərimə Temperaturu: 630 °C (1166 °F) Qaynama Temperaturu: 1950 °C (3542 °F) == Kimyəvi Xüsusiyyətlər == Unbikadiumun kimyəvi xüsusiyyətlərinin də dövri cədvəldəki mövqeyinə uyğun olması gözlənilir. 3-cü qrup elementi olaraq, lantan və aktinium kimi elementlərlə bənzərliklər göstərə bilər.
Element 125
Element 125 və ya Unbipentium 125 və Ubp kimi işarələnir. Latınca adı biriki-beş-ium mənasını verir. Dövri cədvəlin 125-ci elementidir.
Honda Element
Honda Element (ing. Honda Element) — SUV sinfindən olan və Honda şirkətinin ABŞ-nin Ohaya ştatındakı İst Liberti zavodunda quraşdırılan avtomobil (East Liberty, Ohio). Rəsmi satış 2003-cü ildən ABŞ, Kanada və Yaponiyada başlamışdır. "Element" Honda CR-V-nin bazası əsasında tamam başqa cür yaradılmışdır. Onun banı 300 mm qısa, təkər bazası 43 mm kiçildilib. "Element"də 2.4 l həcmində, 5500 dövr/dəq-də gücü 166 a.g. (119 kVt) olan dördsilindirli K24A4 i-VTEC motoru quraşdırılıb.
Kimyəvi element
Kimyəvi element — eyni cins atomlardan ibarət olan, fiziki və ya kimyəvi yollarla özündən daha sadə və fərqli maddələrə ayrıla bilməyən saf maddələrə element deyilir. Məsələn su bir element deyil. Lakin suyun elektrolizindən əldə edilən hidrogen və oksigen elementdirlər. Elementi meydana gətirən bütün atomların böyüklükləri və atomların arasındakı uzaqlıq eynidir. Lakin bir elementin atomları ilə başqa bir elementin atomlarının böyüklükləri və atomları arasındakı məsafə fərqlidir. Eyni elementdən düzəldilən fərqli maddələr də eyni cins atomlardan meydana gəlirlər. Elementi meydana gətirən atomların bir-birinə olan uzaqlığı elementin qatı, maye və qaz halına görə dəyişə bilər. Canlı və cansız varlıqların hamısı elementlərdən meydana gəlirlər. Kimyəvi element nüvəsinin yükü eyni olan atom növüdür. Kimyəvi elementlər bir-biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirirlər.
Neptun (element)
Neptunium (Np) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 93-cü element.
Qalvanik element
Qalvanik element — kimyəvi reaksiyanın enerjisini elektrik enerjisinə çevirməyə imkan verən cihaz. Səthində oksidləşmə prosesi gedən elektrod anod adlanır. Oksidləşməyə mənfi yüklü ionlar məruz qaldığından (məhz onlar elektron verə bilir) mənfi yüklü ionlar anion adı almışdır. Səthində reduksiya prosesi gedən elektrod katod adlanır. Müsbət yüklü ionlar reduksiya olunduğundan (məhz onlar elektron qəbul edə bilər) kation adlanır. Dövrədən elektrik cərəyanının axması üçün aşağıdakı şərtlər ödənməlidir: 1) yüklü hissəciklərin (elektronların, ionların) olması; 2) potensiallar fərqinin olması (fəzaca ayrılmış müsbət və mənfi yüklərin olması ilə təmin olunur); 3) dövrənin qapalı olması. Müxtəlif metalların kontakt sərhədində elektrik cərəyanın meydana gəlməsi hadisəsi italyan fizioloqu, Bolonya Universitetinin (Bolonya şəh., İtaliya) tibb üzrə professoru olan Luici Qalvani tərəfindən 1786-cı ildə kəşf edildi. Qalvani mis qarmaqlara bərkidilmiş təzə qurbağaya polad neştərlə toxunduqda, onun arxa ayaqlarının əzələlərinin yığılma prosesini təsvir edir. Nəhayət o öz müşahidələrini "canlıların elektriklənməsi" şəklində şərh etdi. Qalvaninin təcrübələrilə yaxından maraqlanan italyan fiziki və kimyaçısı Alessandro Volta bu təcrübədə tamamilə yeni bir hadisəni — elektrik cərəyanının yarandığını gördü.
Radioaktiv element
Radioaktiv element (lat. radius - şüa) – sabitolmayan atom nüvəsinə malik olan kimyəvi elementlər (kripton – 85, sezium – 137, rutenium – 106, stronsium – 90, yod – 131): öz-özünə parçalandıqda xarakterik şüalanma yaradır. Canlı orqanizmlərdə mutagen, teratogen və s. dəyişikliklər, həmçinin neqativ ekoloji hadisələr törədə bilər. Radioaktiv elementlərin mineralları olan filizlər. Bəzi maddələr hər zaman radiasiya verir.
Uran (element)
Uran (lat. Uranium) — simvolu U olan kimyəvi elementlərin dövri sistemindəki 92-ci element. Radioaktivdir. Elementlərin dövri sisteminin III qrupundadır, atom nömrəsi 92, atom kütləsi 238,029, aktinoidlər ailəsindəndir, gümüşü ağ rəngli metaldır. Üç allotropik modifikasiyası (alfa, beta, qamma) var. Alfa uranın sıxlığı 298 K-da 19,5 q/sm3 dur, 1405 K-da əriyir, 4093 K-də qaynayır. Təbii uranın 3 izotopona (u-238(99,282%), u-235(0,712%) və u-234(0,006%)) rast gəlmək olar. Süni izotoplarından u-233 daha əhəmiyyətlidir. Uranı alman kimyaçısı M. H. Klaprot uran dioksid şəklində kəşf etmiş və ona Uran planetinin adını vermişdir. Uranı ilk dəfə fransız kimyaçısı E. M. Peliqo almışdır.
Basic Element qrupu
Basic Element - İsveçin tanınmış rep hip hop qrupu. Qrup üzvləri Piter Telenius, Zetma Prenbo və Cesar Zaminidən ibarətdir. Qrupun ilk sinqli “The Promise Man” adı altında hazırlanıb və elə qrup üzvlərinin həmin sinqldan sonra fəaliyyətə başlayıblar. Qrupun “Touch you right now” sinqli Azərbaycanda da çox tanınmış bir sinqldır.
Uran (kimyəvi element)
Uran (lat. Uranium) — simvolu U olan kimyəvi elementlərin dövri sistemindəki 92-ci element. Radioaktivdir. Elementlərin dövri sisteminin III qrupundadır, atom nömrəsi 92, atom kütləsi 238,029, aktinoidlər ailəsindəndir, gümüşü ağ rəngli metaldır. Üç allotropik modifikasiyası (alfa, beta, qamma) var. Alfa uranın sıxlığı 298 K-da 19,5 q/sm3 dur, 1405 K-da əriyir, 4093 K-də qaynayır. Təbii uranın 3 izotopona (u-238(99,282%), u-235(0,712%) və u-234(0,006%)) rast gəlmək olar. Süni izotoplarından u-233 daha əhəmiyyətlidir. Uranı alman kimyaçısı M. H. Klaprot uran dioksid şəklində kəşf etmiş və ona Uran planetinin adını vermişdir. Uranı ilk dəfə fransız kimyaçısı E. M. Peliqo almışdır.
Coğrafi enlik
Coğrafi enlik, en dairəsi və ya paralel — Ekvatorun şimal və ya cənubundakı hər hansı bir nöqtənin ekvatora açıldığı məsafəsi. En dairəsini astronomik alətlərdən olan sekstant və qnomon ilə təyin etmək mümkündür. Günün davam etmə müddəti En dairəsindən asılıdır. Coğrafi enlik 0°-dən 90°-yə qədər hesablanır və ekvatordan şimal qütbünə qədər – şimal Coğrafı enlik ekvatordan cənub qütbünə qədər – cənub Coğrafı enlik adlanır.
Coğrafi göstərici
Coğrafi göstərici - əmtəənin mənşəcə dövlətin və ya bölgənin ərazisi ilə, yaxud bu ərazidəki yerlə bağlı olduğunu bildirməsi, onun xüsusi keyfiyyətini və digər xüsusiyyətlərini əks etdirməsi. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Coğrafi hədəfləmə
Coğrafi hədəfləmə — xüsusilə bir ölkədə yoxsulluğun azaldılması üçün resursların ayrılması üçün əlverişli bir yol. Bu baxımdan, dövlət xərcləri və siyasi müdaxilələri ən kasıb sahələrdə ən möhtac insanlara çatmaq üçün yerləşdirilə bilər.
Coğrafi irq
Coğrafi komponentlər
Coğrafi koordinatlar
Coğrafi koordinat sistemi — Yer üzərindəki obyektlərin yerini müəyyənləşdirmək üçün istifadə olunan koordinat sistemidir. Coğrafi koordinat sistemi coğrafi uzunluq və coğrafi enliklərdən ibarətdir. == Tarixi == 1884-cü ildə ABŞ-də keçirilən Beynəlxalq Meridian Konfransında iyirmi beş ölkə iştirak etmişdir. Onlardan iyirmi iki dövlət İngiltərədə yerləşən Qrinviç rəsədxanasından keçən meridianı sıfır dərəcəli coğrafi uzunluq kimi qəbul etmişdir. Dominikan Respublikası bu təklifin əleyhinə səs vermiş, Braziliya və Fransa isə bitərəf qalmışlar. Fransa Paris Rəsədxanasından hesablanan yerli vaxtdan 1911-ci ildə Qrinviç Orta Vaxt sisteminə (ing. Greenwich Mean Time) keçmişdir. Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə uzunluğudur. Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini bildirir. Qlobus və xəritələrin üzərində meridian və paralellərin kəsişərək əmələ gətirdiyi şəbəkəyə dərəcə toru deyilir.
Coğrafi koordinatları
Coğrafi koordinat sistemi — Yer üzərindəki obyektlərin yerini müəyyənləşdirmək üçün istifadə olunan koordinat sistemidir. Coğrafi koordinat sistemi coğrafi uzunluq və coğrafi enliklərdən ibarətdir. == Tarixi == 1884-cü ildə ABŞ-də keçirilən Beynəlxalq Meridian Konfransında iyirmi beş ölkə iştirak etmişdir. Onlardan iyirmi iki dövlət İngiltərədə yerləşən Qrinviç rəsədxanasından keçən meridianı sıfır dərəcəli coğrafi uzunluq kimi qəbul etmişdir. Dominikan Respublikası bu təklifin əleyhinə səs vermiş, Braziliya və Fransa isə bitərəf qalmışlar. Fransa Paris Rəsədxanasından hesablanan yerli vaxtdan 1911-ci ildə Qrinviç Orta Vaxt sisteminə (ing. Greenwich Mean Time) keçmişdir. Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə uzunluğudur. Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini bildirir. Qlobus və xəritələrin üzərində meridian və paralellərin kəsişərək əmələ gətirdiyi şəbəkəyə dərəcə toru deyilir.
Coğrafi kəşflər
Böyük coğrafi kəşflər və ya sadəcə Coğrafi kəşflər — XV–XVII əsrlərdə Avropalılar tərəfindən yeni ticarət yollarının axtarılması məqsədilə başladılan və yeni okeanların, qitələrin kəşf edilməsi ilə nəticələnən tarixi prosesdir. Avropada olan səyyah və dənizçilərdə olan böyük maraq coğrafi kəşflərin başlanmasına böyük təkan vermişdir. Digər tərəfdə orta əsrlərdə Avropada iqtisadi vəziyyətin gərgin olması, insanların yeni zəngin torpaqlar axtarması həvəsini daha da sürətləndirirdi. İlk coğrafi kəşflər Atlantik okeanı və Afrika sahillərindən, fransız və cenoalı gəmiçilər tərəfindən başladılmışdır. Kanar adaları və Azor adalarının kəşf edilməsi, bu səyahətlər nəticəsində mümkün olmuşdur. Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən Portuqaliya və İspaniya digər ölkələrlə müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə daha çox hazır idilər. Məhz bu iki Pireney ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki — Şimali və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər. Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra onların yerinə daha güclü olan İngiltərə və Hollandiya gəldi. Deməli, Böyük Coğrafi kəşfləri ilkin hazırlayan və həyata keçirən iki Pireney dövləti- İspaniya və Portuqaliya olmuşdur.
Coğrafi landşaft
Coğrafi bloklama
Coğrafi bloklama — istifadəçinin coğrafi mövqeyinə əsasən internet məzmununa çıxışı məhdudlaşdıran texnologiya. Geo-bloklama sxemində istifadəçinin yeri İnternet geolokasiya üsullarından istifadə etməklə müəyyən edilir, məsələn istifadəçinin IP ünvanını qara siyahı və ya ağ siyahı ilə yoxlamaq və istifadəçinin fiziki yerini təxmin etmək üçün şəbəkə bağlantısının ucdan-uca gecikməsini ölçmək. Bu yoxlamanın nəticəsi sistemin veb-sayta və ya konkret məzmuna girişi təsdiq edib-etmədiyini müəyyən etmək üçün istifadə olunur. Geolokasiya digər aspektlərlə yanaşı, təqdim olunan məzmunu, məsələn, malların göstərildiyi valyutanı, mövcud malların qiymətini və ya çeşidini dəyişdirmək üçün də istifadə edilə bilər. Termin ən çox internetdə filmlər və televiziya şouları kimi premium multimedia məzmununa girişi məhdudlaşdırmaq üçün, ilk növbədə müəllif hüquqları və lisenziyalaşdırma səbəbləri ilə əlaqələndirilir. Coğrafi blok üçün zərərli trafiki bloklamaq və ya qiymət diskriminasiyasını tətbiq etmək, məkan autentifikasiyası, fırıldaqçılığın qarşısını almaq və onlayn qumar oyunları (qumar qanunları regiona görə dəyişir) kimi digər səbəblər də mövcuddur. == Əsaslandırma == Audiovizual əsərlərə eksklüziv ərazi hüquqlarının mülkiyyəti regionlar arasında fərqlənə bilər, Bu məzmun provayderlərindən təyin olunmuş regiondan kənarda istifadəçilərə girişə icazə verməməyi tələb edir. Məsələn, HBO Now onlayn xidmət olsa da yalnız ABŞ-də yaşayanlar üçün əlçatandır və digər ölkələrdə fəaliyyət göstərə bilməz, çünki onun ana şəbəkəsi HBO artıq müxtəlif yayımçılara (məsələn, Kanadada HBO kataloq lisenziyasını Bell Mediaya vermişdi) proqramlaşdırma üçün eksklüziv hüquqlar vermişdi. Bənzər səbəblərə görə, Netflix kimi abunə olunan seç-izlə xidmətlərində mövcud olan məzmun kitabxanası da bölgələr arasında dəyişə bilər və ya xidmət istifadəçinin ölkəsində ümumiyyətlə mövcud olmaya bilər. Coğrafi bloklama digər məqsədlər üçün də istifadə edilə bilər.